VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin oktyabr ayından vəzifəsini itirmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının keçmiş sədri  Rüfət Aslanlı İstanbulda ən elit restoranlardan birində görüntülənib.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, R.Aslanlı sözügedən restorana öz istehasalı olan  şərabla (Maison d' Aslanli)  gəlib. O həmin məkanda özü üçün şərab keyfi təşkil edib.

Onun tez-tez telefona baxması xüsusi diqqət çəkir.

Bundan əlavə, Aslanlının İstanbulun elitar və bahalı yerlərində dəyəri 25-30 milyon dollar olan bir neçə mənzilinin və villasının olduğu deyilir.

Qeyd edək ki, Türkiyə vətəndaşı olmağa hazırlaşdığl iddia olunan Rüfət Aslanlının Fransada şəxsi şərab zavodu və üzüm bağlarının da olduğu iddia edilir.
BAKU.WS
VİDEO

QALEREYA