SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə Xan sarayının həyətində yerləşən tarixi Xan çinarının budağının qırılaraq düşməsi nəticəsində vəfat edən Xatirə Ağamalıyevanın sosial şəbəkədə yayılan görüntüləri hər kəsi kədərləndirir.

BAKU.WS xəbər verir ki1987-ci il təvəllüdlü Xatirə Ağamalıyeva Gəncə şəhər 26 saylı orta məktəbdə ingilis dili fənnini tədris edir və Şəmkirdə repetitor kimi fəaliyyət göstərirdi. Xatirədən xatirə qalan azyaşlı qızı bu il 5-ci sinifi bitirib.

Yayılan görüntülərdə şagirdləri ilə səmimi davranışları ürək yandırır. 

Əslən Qərbi Azərbaycanın Şişqaya kəndindən olan Ağamalıyeva, 1988-ci ildə ailəsiylə Şəmkirin Çənlibel kəndinə köçüb. Uşaq ikən atasını itirən Xatirə Ağamalıyevanın anası ilə birgə Şəmkirin İpək yolu qəsəbəsində yaşadığı bildirilir. Yaxınlarının dediyinə görə, Xatirə Ağamalıyeva savadlı, mehriban, şagirdlərinin sevimlisi olub.

Gəncədə ali təhsil aldıqdan sonra ailə həyatı quran Xatirə bir müddət sonra yoldaşından ayrılıb. Ağamalıyevanın bir qız övladı var.
BAKU.WS
VİDEO