İyulun 15-də respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz olacaq.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti təşkil edəcək.
BAKU.WS
Sabahın hava proqnozu açıqlanıb
14
iyl
13:41

- “Torqovı”da soyunub insanlara bıçaqla hücum çəkən şəxslərin kimliyi bilindi - VİDEO
- Azərbaycanlı meyxanaçılar məşhur kriminal avtoritetlə birlikdə - VİDEO
- "Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - VİDEO/FOTO
- Maxi.az mağazalar şəbəkəsi müştərilərinə Yeni il aksiyasını təklif edir!
- Sabah Yeni Ulduz Huawei Nova 5T modelinin rəsmi təqdimatı keçiriləcək
- “Torqovı”da soyunub insanlara bıçaqla hücum çəkən şəxslərin kimliyi bilindi - VİDEO
- Zaur Darabzadə deputatlığa namizədliyini verəcək
- Rusiyada azərbaycanlı bəy toyda əsəbiləşib görün nə etdi - VİDEO
- Bakıda avtobusda biabırçı görüntülər - Sərnişinlərin nəzərinə! - FOTO
- “Tarqovı”da iki nəfər bıçaqla insanlara hücum etdi - VİDEO/FOTO (YENİLƏNİB)
- Nazirin Pərvinə görə işdən çıxardığı polisdən gözlənilməz addım - VİDEO
- Xalq artistinin özündən gözəl qızı hər kəsi heyran qoydu - FOTO
- Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
- Pərvin və polis sevgilisinin daha bir QALMAQALLI VİDEOsu
- Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ+FOTO