SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən YARAT Müasir İncəsənət Məkanında Koreya-kanadalı rəssam Zadi Çanın fərdi sərgisi təqdim edilib. 

BAKU.WS
xəbər verir ki, yeni multimedia layihəsini təqdim edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə seyrçiləri cəlbedici dünyaya dəvət edərək sualtı dəniz mühiti yaradır. Əsər “Art Night”, London (22 iyun), “Tramway”, Qlazqo (26 oktyabr – 16 dekabr) və “De La Warr Pavilion”, Bekshill-on-Si (1 fevral – 4 may 2020-ci il) birgə əməkdaşlıq çərçivəsində baş tutub.

Zadi Ça YARAT Mərkəzində, diaspor biliyini gerçəkliyə çevirərək, təsəvvürlərdə olan və öyrənilən Koreya folklorunu bir araya toplayıb. Öz cəlbedici dünyası daxilində o, nəhəng ana tanrı Maqo (Maqohalmi) üzərində qurulmuş, Koreya əfsanələrindən ilhamlanan yaradılış hekayəsi təqdim edir. Kainatın yaradılışı zamanı məsuliyyətlərin kişi və qadın arasında bölgüsünə əsaslanan matrilineal sosial strukturlar vasitəsilə qədim əcdadlar haqqında geniş bilik və məlumatları ötürülməsini müəyyən edən, bu işdə zaman keçdikdə ilahələrin mərkəzi statusundan marginallığa doğru bir-birlərini əvəzləmələri müşahidə olunur.

O, öz təcrübəsində bilinməyəni kəşf etmək üçün su və dəniz ekologiyasından metafora kimi istifadə etməklə yanaşı, Kanadanın qərb sahilində boya-başa çatdığı vətəninin mücərrəd obrazlarına da istinad edib. Rəssam çox zaman fantastik sualtı aləmini  yaradaraq, bu sərgidə iriölçülü, okeanın hərtərəfli səs sisteminə malik videoproyeksiya və qatil balina sürüsünü (bu element heykəllər silsiləsində də istifadə olunur) nümayiş etdirib.

Sərginin son elementi rəssam tərəfindən ilk dəfə “Art Night 2019” və 58-ci Venesiya Biennalesində istifadə edilmiş, hal-hazırda isə YARAT-da heykəllərin üzərində təqdim edilən kostyum və maskalardan ibarətdir. Bu əsəri, ictimai proqram çərçivəsində Çanın iştirakı ilə seçilmiş, yaradıcılıq fəaliyyətinə yeni başlamış yerli rəssamların performansları tamamlayır.

Sərginin kuratorları“Art Night”-ın bədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.

Lalə Ramizqızı
BAKU.WS
QALEREYA