Yayda heç cür evdə oturmaq olmur, günəşə, açıq havaya üz tutmaq istəyirsən. Ona görə də hər birimiz zövqlü interyeri, şəhərə gözəl mənzərəsi olan və ən əsası yüksək səviyyədə xidmət göstərən yerlər axtarırıq.

İyulun 9-u "Sevgilim parkı"nda ailənizlə və dostlarınızla dincələ biləcəyiniz yeni, zövqlü və istirahətinizə istirahət qatacaq "Nogul lounge terrace"-ın açılışı baş tutub. 

Terrasda canlı musiqi sədaları və dadlı təamların təqdim olunduğu açılış tədbirinə Azərbaycanın məşhur simaları da qatılıb.

Tanınmış simalar arasında 54-cü Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nigar Camal, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə, əməkdar artist Miri Yusif, məşhur aparıcı Nərgiz Cəlilova, müğənni Aysel Əlizadə, Azərbaycanın əməkdar artistləri Tahir və Cabir İmanov qardaşları, əməkdar artist Ədalət Şükürov, K-1 döyüşçüsü Zabit Səmədov, aktrisa Zəhra Bədəlbəyli, Sevinc Əliyeva və başqa tanınmış simalar da terrasda baş tutan açılış mərasimində idi. 

"Dadlı kokteyl, sərin terrasda"- qulağa çox xoş gəlir. Şəhərə olan  gözəl mənzərəsi, fərqli və ləziz menyusu ilə fərqlənən və canlı musiqisi ilə gələn qonaqlara və müştərilərə xidmət göstərəcək "Nogul lounge terrace"da siz yaxınlarınızla unudulmaz vaxt keçirəcəksiniz.

📞 (+994 12) 496 50 05
📱 (+994 51) 250 50 05
Sevgi Parkı, 8-ci Zavod küç.

BAKU.WS


VİDEO

QALEREYA