VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycanda soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır”.

BAKU.WS
report-a istinadən xəbər verir ki, Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yeni soyadların verilməsi və dəyişdirilməsinə görə edilən müraciətləri baxılması üçün Ədliyyə Nazirliyinə göndərib. 

S.Sadıqovanın sözlərinə görə, Ədliyyə Nazirliyinin soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı hazırlayacağı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq:

“Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya edilən müraciətlərə Ədliyyə Nazirliyi tərəfindən baxıldıqdan sonra yekun rəy veriləcək. Hazırda bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən yeni qanun layihəsi hazırlanır. Həmin layihənin Milli Məclisə təqdim olunacağı gözlənilir. Çünki dəyişdirilməsi üçün müraciət olunan həmin soyadlar hüquqi cəhətdən tənzimlənməlidir. Biz hazırda soyadlarla bağlı edilən müraciətlərə nə müsbət, nə də mənfi cavab verə bilmirik. Çünki bu, araşdırılmalı və müxtəlif prosedurlardan keçməlidir. Biz bunları sənədləşdirib Ədliyyə Nazirliyinə göndərmişik. Axı hər kəs öz istədiyi soyadı götürə bilməz. Onun dəyişmək istədiyi soyadı araşdırılmalı və kökü müəyyən olunmalıdır".
BAKU.WS