SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın hər bir yerində minlərlə homoseksual insan yaşayır. Cinsi orientasiyaları fərqli olduğundan onlara qarşı münasibət də birmənalı deyil. Xüsusən müsəlmanların yaşadığı ölkələrdə LGBT üzvlərinə qarşı fiziki və psixoloji təzyiqlər olur. Azərbaycanda yaşayan homoseksuallar da bəzən bu təzyiqlərdən yan keçə bilmirlər. Lakin cəmiyyətdə nə qədər pis münasibətlə qarşılaşsalar da, onların həyatı hər zaman ətrafdakıların maraq dairəsindədir.

BAKU.WS
Baku TV-ə istinadən xəbər verir ki, mövzu ilə bağlı Azərbaycanda yaşayan homoseksual gənclərdən biri öz həyat hekayəsini danışıb.

O, deyir ki, erkən yaşlardan fərqli olduğunu hiss edib. Bu barədə ilk xəbər tutan isə anası olub. Anası oğlunun fərqli olmasını normal qarşılayıb. 

“Homoseksual olduğunuza görə nə vaxtsa peşman olmusunuzmu?” sualına cavab olaraq o, orientasiyasından imtina etmək üçün hər hansı bir səbəbinin olmadığını deyib.

O iddia edir ki, Azərbaycanda yetərincə homoseksual var.
BAKU.WS
VİDEO