VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə yaranmış problemlə bağlı “Facebook” rəsmi açıqlama yayıb. “Tvitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib:

“Bəzi insanların foto, video və digər faylları yükələyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa hər şeyi zamanda normal halına qaytarmaq üçün çalışırıq”.

19:13

"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

BAKU.WS-in məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Almaniya, Danimarka, Macarıstan, Yunanıstan, Kanada və Rusiyada istifadəçilər çətinliklərlə üzləşiblər. Azərbaycan istifadəçiləri də problemlə üzləşib. 

Bundan başqa, "WhatsApp" və Facebook-da səs fayllarının və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.

Qeyd edək ki, “WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.

“İnstagram” istifadəçilərinin 83%-i “download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.

“Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.
BAKU.WS