VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sorğudan da aydın olur ki, çimərliyə gedənlərin qarşılaşdığı əsas problemlərdən biri budur. Yəni dənizkənarı istirahət mərkəzlərinin əksərində sifariş etdiyin yeməyin pulu ilə yanaşı insanlardan bisetka pulu da alınır. Halbuki həmin istirahət mərkəzində yemək sifariş etdiyiniz üçün sizdən əlavə besetka pulu alınmamalıdır.

Bəs obyekt sahibləri bunu nə ilə izah edirlər? Çəkiliş zamanı bir neçə özəl çimərliyə getdik. Əksər sahibkar bu sualımızı cavablandırmaqdan qaçdı. Bəziləri isə müştərilərdən əlavə besetka pulunun alınmasını bu cür izah etdi.

İaşə sahəsi üzrə ekspert Mahir Zeynalov deyir ki, obyekt sahiblərinin bu əməli ilk növbədə qeyri-profisionallıqdır. Dünyanın heç bir yerində belə təcrübə mövcud deyil.

Ekspertin sözlərinə görə, bunun qarşısını almaq üçün mütləq addımlar atılmalıdır. Çünkü belə hal həm də xarici turistlərin ölkəyə axınına mənfi təsir göstərə bilər. Buna görə də, aidiyyatı qurumlar mütləq bununla bağlı obyekt sahibləri qarşısında konkret tələb qoymalıdır.

İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirildi ki, belə hallarla qarşılaşan vətəndaşlar qurumun 498-15-04 və ya 01 nömrəli qaynar xəttinə müraciət etsinlər. Onların müraciəti araşdırılacaq, fakt təsdiqini tapdığı təqdirdə qanuna müvafiq addımlar atılacaq..
BAKU.WS
VİDEO