SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz  32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 55-65 %, gündüz 30-35 % olacaq.  

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)  şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək. 

İyunun 24-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 24-də hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti,  dağlarda gecə 14-18° isti,  gündüz 22-27°  isti təşkil edəcək.
BAKU.WS