VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycanda insanların məscidlərdə dini ayinlərdə iştirakı ilə bağlı monitorinq aparırıq”.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, aparılan monitorinqlər onu göstərir ki, Azərbaycan əhalisinin təxminən 7-8 faizi dini ayinlərini məscidlərdə icra edirlər:

"Bakıda 134 məsciddə aparılan monitorinq nəticələri də eyni statistikanı verir. Bu o demək deyil ki, ölkədə əhalinin dinə olan inancları fərqlidir və ya dini ayinləri icra etmir. İnsanlar dini ayinləri adətən öz evlərində edir və onların dini ayinlərin harada icra etməsi şəxsi seçimləridir. Burada heç bir məcburiyyət yoxdur və heç kim irad tuta bilməz".

M.Qurbanlı qeyd edib ki, hazırda bütün məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar var:

“Vəhdət namazı qılınan məscidlərdə isə iki imam təyin olunur və onlar da növbəli şəkildə bu namazı həyata keçirir. Elə məscidlər var ki, orada imam, onun köməkçisi və ya mütəvəlli var. Bu gün Bakıda təyinatı olmayan məscidlər demək olar ki yoxdur. Bəziləri də var ki, sənədlərində müəyyən problemlər var. Çalışırıq ki, onlar da qanuni fəaliyyət göstərsinlər".
BAKU.WS