SİZİN REKLAM BURADA!
055 213 76 73


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xüsusi internat məktəbində uşaqlarla rəqs edib.

BAKU.WS xəbər verir ki, Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət etdi, onların əl işlərinə baxdı, fəaliyyət göstərən dərnəklərlə maraqlandı.

İnternat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdirdilər.
BAKU.WS
VİDEO