VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tanınmış komediya ustası Cem Yılmaz 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, aktyor Halil Serkan Öz adlı müəllimin ölümü haqda yazdığı tvitlərdə Yalova valisi Selim Cebiroğlunu təhqir etdiyi iddia edilir. Vali vəkili vasitəsilə şikayət ərizəsi verib:

"Yürüş keçirilib və buna müəllim öz istəyi ilə qatılıb. Yürüş vaxtı halı pisləşib və vəfat edib. Bunu eşidincə kədərləndim. Ölümü ilə məktəb rəhbərliyi arasında əlaqə qurulmasını eşidincə məyus oldum"

Cem Yılmaz isə cavabında təhqir etmədiyini bildirib:

"Bütün TV və qəzetlərdə müəllimin vali tərəfindən sərt tənqid olunmasından sonra vəfat etdiyi yazılıb. Sadə vətəndaş kimi bu hadisədən təsirlənib tənqid etmək hüuqumdan istifadə etmişəm".
 
BAKU.WS