SİZİN REKLAM BURADA!
055 213 76 73


İslam tarixində ilk dəfə olaraq gecə klubu fəaliyyətə başlayıb.

BAKU.WS “gulfnews.com”a istinadən xəbər verir ki, gecə klubu ərəb ölkələri içərisində ilk dəfə olaraq Səudiyyə Ərəbistanında açılıb.

Ciddə şəhərində açılan “halal gecə klubu”na 18 yaşdan aşağı şəxslərin girişi qadağandır. Verilən məlumata görə, həmin klubda spirtli içki verilmir. Həmçinin gecə klubunda foto və video çəkmək qadağandır.

Xatırladaq ki, 2018-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə olaraq opera və caz festivalı keçirilib. Həmin ilin aprel ayında isə kinoteatr fəaliyyətə başlayıb.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO