SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu yay Bakıdan kənara çıxmayacaqsınız və zamanınızı əyləncəli keçirmək istəyirsiniz? 

O, zaman BAKU.WS-in hazırladığı bu məqalə sizin üçündür.

Yay aylarında baş tutacaq konsert, festival və maraqlı tədbirləri sizin üçün bir yerə topladıq. Təqvimi götürün və getmək istədiyiniz tədbirlərin olduğu günü seçin.
 
1. 22 iyun Manga 22 İyun, saat 20:00-da MTV Avropa musiqi mükafatının qalibi, Eurovision 2010 Beynəlxalq Musiqi Yarışmasının 2-cisi, Türkiyənin alternativ rok qrupu olan maNga Elektra Events Hall-da sizləri qarşılayacaq. Ən populyar hitlərini sizlərlə birgə ifa edəcəklər. Biletin qiyməti 35 - 150 Azn arasında dəyişir. 

2. Gürcüstanlı məşhur müğənni Dato İyunun 30-u sizi Heydər Əliyev adına Sarayda möhtəşəm konsert proqramı ilə gözləyir. Dato bir neçə instrumentdə ifa edir. Müğənni pop musisini soul, disko, cazz, reqqi, və etnik musiqilərlə sintez edir. Biletin qiyməti 25 - 165 Azn arasında dəyişir. 


3. İyunun 26-da Beynəlxalq Muğam Mərkəzində gənc və istedadlı ifaçılar, beynəlxalq müsabiqələr laureatları Ceyla Seyidova və Zəhra Bədəlbəylinin “Musiqi qüvvəsi” adlı konserti təqdim olunacaq. 

Konsert proqramında Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Əziz Əzizli, Astor Piazzolla, Rolf Lovlandın əsərləri səslənəcək. Biletin qiyməti 20-60 Azn arasında dəyişir.



4. "Fête de la Musique" 1982-ci ildən (Paris, Fransa) dünyanın 120 ölkəsində 21 iyun tarixində keçirilən musiqi bayramıdır.
Bakıda bu il Ambassade de France en Azerbaïdjan təşkil etdiyi Fête de la Musique Bakou 2019-də, Projects of Goethe-Institut in Azerbaijan dəstəyi ilə Sintetik Bakı elektron musiqi səhnəsini Hazi Karim, Leo Hazree, Replicant, Reef və Tasktydusk simasında təmsil edəcəkdir.
GİRİŞ: ödənişsizdir.

Təşkilatçılar qonağın tədbirə uyğun olmadığını hesab etdikləri halda tədbirə girişinə icazə verməmək haqqına malikdirlər.


5. "Land Of Fire Fest" My Beach Restoran və çimərlik klubunda baş tutacaq. Biletin qiymətləri 15-100 Azn arasında dəyişir. Gənclərin bir-birini rəngələyəcəyi festivala baş çəkə bilərsiniz. Biletin qiymətləri  15-60 Azn arasında dəyişir. 


6. Klassik musiqini sevirsinizsə, o zaman sizə şad xəbər. İyunun 28-i Heydər Əliyev Mərkəzində "Cüzeppe Verdi. Rekviyem" konserti baş tutacaq. Dünyaca məşhur bəstəkar Cüzeppe Vedinin musiqilərini dünyanın müxtəlif ölkələrindən dəvət alan müğənnilər ifa edəcək. 


7. İyulun 20-də Chicago Clubun səhnəsində “Никотин”, “Завязывай”, “ Дурман” trekləri ilə məşhurlaşan GunWest sizi gözləyir. Yay tətilinizə parıltılı rənglər əlavə edin və bədəninizə sevimli ritmləri ilə hərəkət etməyə icazə verin.


8. Jazz sevənlər üçün əla fürsət! İyun ayının 20-i Bakı Muğam Mərkəzində məşhur Amerikalı jazz ifaçısı Denise King sizin üçün çıxış edəcək.
Biletlərin qiyməti 40-100 Azn arasında dəyişəcək.


9.
Bu yay siz həm də hər yay Bakıda Xəzər dənizi sahilində keçirilən Beynəlxalq «JARA» festivalına da qatıla bilərsiniz. "JARA" 4 gün davam edən günəşin batışı unikal rənglərinə boyanmış möhtəşəm konsert, qırmızı xalıda ulduzların dəfiləsi, dörd gün unudulmaz gecə əyləncələri və film təqdimatları olan festivaldır. İyulun 25-28-nə kimi davam edəcək festival üçün olan biletlərin qiyməti 40 Azn-dən başlayıb 10 000 Azn arasında dəyişir. 

10. Gənclər üçün bir festival daha. Avropa Gənclər Olimpiya Festivalı 20-28 iyun 2019-cu il tarixində Bakıda keçiriləcək. Biletlərin qiyməti 10-15 manatdır. 

Lalə Ramizqızı
BAKU.WS