Azərbaycanlı idmançı Bahar Nəbiyeva Bakıya gəlib. 

BAKU.WS-in məlumatına görə, əslən azərbaycanlı olan idmançı əzələli ayaqları və ideal bədəni sayəsində İnstagram-da məşhurdur.

İdmançı Kamil Zeynallı tanınmış azərbaycanlı xanımla şəklini Instagram hesabında paylaşıb. Məlum olub ki, idmançı xanım Bakıda idman zallarından birinin reklamı ilə bağlı ölkəmizə səfər edib.

Qeyd edək ki, Bahar kişilərin edə bilməyəcəyi idmanları edir, ağır çəkiləri qaldırır. Onun görüntüləri çoxlarının marağına səbəb olur. 

Bahar 2013-cü ildən etibarən idmanla məşğul olmağa başlayıb və belə heyrətamiz nəticə əldə edib.

İnstagram-da 2,5 milyon izləyicisi olan idmançı görünüşü ilə internetdə fenomenə çevrilib.
BAKU.WS


QALEREYA