SİZİN REKLAM BURADA!
055 213 76 73



Mixail Saakaşvili özünə yeni müavin təyin edib. 

BAKU.WS xarici mətbuata istinadən məlumat verir ki, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessa dövlət administrasiyasının sədr müavini vəzifəsinə öz müşaviri Mariya Qaydarı təyin edib. 

Bu haqda Mixail Saakaşvili "Twitter" hesabında yazıb:  
 
"Mariya Rusiyanın Putin rejimi ilə mübarizə aparan siyasi liderlərindən biridir. İxtisasca iqtisadçıdır, Moskva Xalq Təsərrüfatı Akademiyasında və Harvard Universitetində təhsil alıb. Mən onun atası Eqor Qaydarı şəxsən tanıyırdım, ona böyük hörmətim vardı. Mariya Ukrayna vətəndaşlığı alması barədə Ukrayna prezidentinə ərizə ilə müraciət edib, Rusiya vətəndaşlığından imtina edib", - deyə Mixail Saakaşvili bildirib. 

Mariya Qaydar özü jurnalistlərə açıqlamasında bildirib ki, Odessadakı uğurlu dəyişikliklər bütün dünyadakı vəziyyətə təsir edəcək:

"Mən istəyirəm ki, ukraynalılar rus xalqının təkcə hökumətdən ibarət olmadığını bilsinlər. Rusiya xalqının sizin ölkənizlə bağlı böyük ümidləri var. Onlar sizin də ölkənizdə azad və firavan yaşamağınızı istəyir".
 
BAKU.WS