SİZİN REKLAM BURADA!
055 213 76 73


“İyunun 15-dən etibarən çimərlik mövsümü ilə əlaqədar təcili tibbi yardım briqadaları Bakının 16 çimərliyində vətəndaşlara xidmət göstərəcək”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) baş həkimi Rauf Nağıyev deyib.

O bildirib ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Baş həkim qeyd edib ki, təcili tibbi yardım briqadaları saat 09:00-dan 20:00-a qədər çimərliklərdə növbə çəkəcək.

Xatırladaq ki, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri Türkan, Hövsan və Şıx çimərliklərinin istifadəyə yararsız olduğunu açıqlayıb.
BAKU.WS