VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyun Qurbanzadə kəndində vaxtılə yaşamış və 1972-ci ildə rəhmətə getmiş Seyid Mir İbiş ağa haqda buralarda kimdən xəbər alsan “çox sınanmış və qüvvətli seyid olub” cavabını eşidirsən. 

Hər il iyunun 8-də, onun vəfatı günündə bu ocaqda ehsan verilir. Elə sosial şəbəkələrdə paylaşılan görüntülər də həmin gün çəklibmiş. İnsanlarımızın inancına görə, guya əməli saleh seyidin əşyalarına toxunmaq sağlamlıqla bağlı bir çox müşgülləri aradan qaldırır. 

Hadisə yerində olan BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, həmin mərasimdə isə niyyətləri olanlar Seyid Mir İbiş ağanın papağına toxunurlarmış. Amma sosial şəbəkədə papaq qaloş kimi təqdim edilib.

“Pirdə ancaq ağanın təsbehi, qurşağıdır çaynikidir. Bunlar saxlanılır. Onlar bura əllərini sürtür. Bura gələnlər kim nə  istəyir gətirir. Gətirilən hər bir şey ehsan olaraq paylanılır. Bu seyidin ölümündən sonra verilən ehsanın 47 ci ilidir. 2 mindən çox qonaq gəlmişdir”, - Seyid Mir İbişin nəvəsi İsmayıl Məmmədov BAKU.WS-ə müsahibəsində bildirib. 
BAKU.WS
VİDEO

QALEREYA