SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu  gecə 19-23° isti, gündüz  26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz  29-31° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti,  gündüz 21-26°  isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
BAKU.WS