SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün Aztv telekanalında yayımlanan "Səs Azərbaycan" musiqi yarışmasında "Döyüş" mərhələsi keçirilib.

BAKU.WS məlumat verir ki, yarışmanın münsiflərindən biri olan xalq artisti Mübariz Tağıyevin komandasında yarışan tanınmış model Banu Şücai Ayla Şiriyeva adlı ifaçı ilə birlikdə səhnədə "Shy guy" mahnısını ifa ediblər. Münsiflərdən heç biri Banunun ifasını bəyənməyib. Komanda rəhbəri  Mübariz Tağıyev seçim zamanı yarışmaya Ayla ilə davam etmək istədiyini bildirib. 

Qeyd edək ki, "Səs Azərbaycan" musiqi yarışmasının münsif kürsüsündə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manana əyləşir.
 
BAKU.WS