SİZİN REKLAM BURADA!
055 213 76 73


"Çelsi"nin keçmiş ispaniyalı ulduz futbolçusu Sesk Fabreqas Bakıda saç ustasına Fransada iş təklif edib.

Avropa Liqasının final görüşü üçün Bakıya gələn ulduz futbolçu saç ustası İkram Yəhyayevə maraqlı təklif edib.

Bakıda bir dəfə saçını kəsdirən futbolçu ikinci dəfə də məhz axtarıb İkram Yəhyayevi tapıb. Bərbərin əl işini futbolçu o qədər bəyənib ki, ona bir neçə təklif edib.

İkram Yəhyayev deyir ki, Fabreqasın saçını kəsmək onun heç vaxt ağlına da gəlməzdi. Fabreqas saçını kəsdirdikdən sonra onunla söhbət edib və onun kimi istedadlı insan üçün yaxşı iş olacağını deyib. Hətta bildirib ki, saçının seyrələn hissələrini indiyə qədər onun kimi örtən olmayıb.

İkram Yəhyayev xatırladır ki, hər zaman virtual futbol oyunlarını oynayan zaman Fabreqasın zəif zərbələrinin olduğunu düşünüb. Lakin bunu oyunçunun özünə deyə bilməyib.

Sesk Fabreqas sonuncu dəfə bərbərə menecerinin onunla əlaqə saxlayacağını deyib. Hazırda İkram Yəhyayev məşhur futbolçudan gələcək təklifləri gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
VİDEO