Mayın 31-dən iyunun 2-dək gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mayın 31-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal küləyinin sürəti 7-12 m/s, arabir 16 m/s, iyunun 1-də cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək, iyunun 2-də arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 18-20, gündüz 26-29 dərəcə isti, iyunun 1-2-də 31 dərəcəyədək isti təşkil edəcək.

Əksər rayonlarda mülayim, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə gecə və axşam lokal qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

BAKU.WS