SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum diktor, əməkdar artist Natavan Hacıyeva həyatından danışılıb.

Aparıcının ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrini bölüşüb:

Ofelia Sənani – Xalq artisti: “Çox yaxşı, mehriban və çalışqan qız idi. Özünə qarşı tələbkar biri idi. Bizim diktorlar olan otaqda, mən Natavanın səsini hələ yüksəkdən eşitməmişdim. Onun saç düzümü yaxşı olmasa idi efirə çıxmazdı. O, salonda saçlarını düzətdirib işə elə gəlirdi.

Yatanda da özünə zülm edib yaylıqla bağlayırdı ki, saçı dağılmasın. Eləcə, o bir həftə saç düzümünü davam etdirirdi. Məğrur qadın idi. Əzəldən sevgi görmədi. Bu səbəbdən ona ürəyim ağrıyıb, yazığım gəlib. Hər zaman sağlam, cüssəli olub. O möhkəm cüssəli xanımı belə xəstəlik yaxaladı, mən bununla barışa bilmirəm”.


Cəmilə Davudova – qızı: “Onların çox gözəl kollektivi var idi. O, balaca otaq onların yuvası idi. Verilişə hazırlaşanda gecə yatmırdı. Deyirdim ki, elə bil birinci dəfədir efirə çıxırsan. Deyirdi ki, sən onu başa düşməzsən, məni xalqım yaşadır. Onun çalışdığı televiziyada yaşlı nəslin diktorlarına başqa cür münasibət oldu, hamı təqaüdə çıxdı. Amma orada işləyə bilərdilər. Nəsə belə alındı. Anidən müayinədən keçdi. Sağlam adam... Düzdü özünə demədilər, sadəcə dedilər ki, qaraciyərinizdə bir balaca problem var. O evə gəldi və sonra dedi ki, mən nahaq gedib müayinədən keçdim. Sözün düzü ondan gizlətdik, amma belə tez olmağını təsəvvür etmirdim.

Aprelin 30-u elə bil can üstündə idi. Qohumlar hamı yığılmışdı. O dedi ki, çox pisəm, mən gedirəm. Deyirdi ki, sizdən ora salam aparacam, orada hamı məni gözləyir. Əlinlə göstərdi ki, məni üzü qibləyə çevirin. Biraz əziyyət çəkdi və sonra dedi ki, bugün olmuyacaq, hamınız durun gedin, olsa sabah günortaya olacaq. Heç nə yeməyən adam, səhərə yaxın məndən bir parça çörək istədi. O çörəyi öz əli ilə boğazına itələyirdi. Təəccübləndim ki, axı güclə nəyə görə yeməli idi. Bir ay idi ki, yemirdi, amma ölümünə bir neçə saat qalmış çörək istədi. Onu deyə bilərəm ki, ana, mən səni həyatımdan da çox sevirəm. Bilirəm ki, onun ruhu şaddır. Mən bu gün oturub onun xatirəsindən kamera qarşında danışıram”.
BAKU.WS
VİDEO