VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tovuz rayonunda Hindistan növü olan limon yetişdirilir. 

BAKU.WS Region TV-yə istinadən məlumat verir ki, Hindistan növü olan limon ağacı 150 kiloqramadək məhsul verir. Limonun 1 ədədinin çəkisi isə 1-2 kiloqramdır. 

Görünüşünə görə cənub zonasında yetişdirilən limonlardan fərqlənən bu subtropik bitki Tovuzun Əyyublu kəndində becərilir. Ağac ilin bütün fəsillərində bar verir. Bu limonlar ürək-damar xəstələri üçün xüsusilə faydalıdır.

Kənd sakini Cahangir Sadıqov ağacın tingini illər öncə dostundan aldığını deyib:

"Qələm formasında əkmişdim, 5 il qulluq etdim. Artıq 3 ildir ki, məhsul gətirir. Mənim 8 ildir ki, ürək-damar problemim var. Bu limonları yeyəndən sonra dərman istifadə etmirəm". 

Limonun qiyməti ölçüsündən asılı olaraq 1-2 manat arasında dəyişir.
 
BAKU.WS