VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək. 
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 32-37, Bakıda gecə 24-26 isti, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında avqustun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz avqustun 20-si axşamadək Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü, ayrı-ayrı saatlarda havada rütubətliliyin normadan çox olması ilə bürkülü hava şəraitinin yaranması və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
 
BAKU.WS