SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yaşayan azərbaycanlı iş xanımı Aybəniz Musayeva Afrikadan və Fələstindən gələn kimsəsizlərə iftar süfrəsi verib.

BAKU.WS 
xəbər verir ki, Afrika Dostluk Dərnəyinin vitse-prezidenti olan Aybəniz xanımın təşkil etdiyi iftar süfrəsinə 600 nəfər dəvət alıb.

Məclisdə Afrika və Fələstin dövlətlərinin rəsmi nümayəndələri, eləcə də Afrika Dostluk Dərnəyinin prezidenti Şemsettin Bilan çıxış edib.

Qeyd edək ki, Aybəniz Musayeva əslən Füzulidəndir. 10 ilə yaxındır Türkiyədə yaşayan aşirət ağası kürd bəylə ailə qurub. Orada biznesi var. AK partiyanın üzvüdür və Türkiyənin hazırki prezidenti Rəcəb Təyyib Ərdoğanı dəstəkləyir. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO

QALEREYA