SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin bundan sonra aparıcılıq edəcək.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin tanınmış kanallarından olan BBC kanalı yeniliyə imza atıb.

Belə ki, BBC-nin əyləncə kanalı olan BBC2 kanalında təzə veriliş açılır. Veriliş “talk show” formatında əyləncə tipli təşkil olunacaq. Proqram Vladimir Putinə bənzəyən animasiya xarakterli aparıcı olacaq.

“Putinlə bir gecə” adlı veriliş 12 dəqiqə yayımlanacaq.

Bununla bağlı rəsmi Kreml öz münasibətini bildirib. V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Putinlə bir gecə” adlı verilişin hazırlanması üçün onlardan icazə alınmayıb.

“Putinin haqqında çox sayda kitablar yazılıb, karikatura çəkilib, onun kuklaları hazırlanıb. Rusiya rəhbəri bunların heç birinə önəm vermir. Putin heç kimə bənzəmir, ona bənzəməyə çalışırlar.

Onun bu istiqamətdə öz düşüncələri var. “Putinlə bir gecə” adlı verilişin hazırlanması barədə mətbuatdan xəbər tutmuşuq. Bu barədə bizə müraciət olunmayıb və icazə almayıblar”, - deyə Peskov bildirib.

Ziya SƏCCAD
BAKU.WS