VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçiriləcək avroqliqanın final oyununa artıq sayılı günlər qalıb. İki avropa nəhəngi "Arsenal" və "Çelsi"nin qarşılaşacağı oyun dünyanın 4 bir yanında böyük maraqla gözlənilir.

BAKU.WS Xəzər TV-nin hazırladığı reportajı təqdim edir.

Qeyd edək ki, yarışın təşkilat komitəsi oyunla bağlı azarkeşlərə müraciət edib. Təlimatda azarkeşlərin əməl etmələri lazım olan qaydalar və stadiona necə gəlmələri barədə məlumat yer alıb.

Bakıda keçiriləcək avroliqanın final oyununa xüsusi avtobuslar ayrılacaq,iki gün ərzində sazarkeşlərin pulsuz daşınması həyata keçiriləcək.

Mayın 29-da Bakıda İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının iştirakı ilə keçiriləcək UEFA Avropa Liqasının final oyununa artıq 1 həftə vaxt qalıb. Yarışın Təşkilat Komitəsi oyundan öncə azarkeşlərə stadiona necə gəlmələri və qaydalar haqqında öz rəsmi saytında məlumat yayıb. Hər iki komandanın azarkeşləri üçün xüsusi toplanma məntəqələri təyin olunub.

Stadionun təhlükəsizlik perimetrinə taksi və şəxsi maşınların daxil olmasına icazə verilmir. Onların düşürmə və mindirmə məntəqləri "Koroğlu" metro stansiyasının yanı təyin edilib. Bununla yanaşı təhlükəsizlik məqsədi ilə azarkeşlərə bilet alarkən bəzi təlimatlar barədə məlumat verilib.

Bakı Metrosu oyun başa çatdıqdan gecə saatlarına qədər açıq olacaq. Odur ki, oyun hətta əlavə vaxta və onbirmetrlik zərbələrə qədər uzandığı halda da, azarkeşlər gecə saat 4-ə qədər metrodan istifadə edə biləcək.
BAKU.WS
VİDEO