SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov vəfat edib. 

Bu barədə BAKU.WS-ə tetarın direktoru Fərmayıl Paşayev məlumat verib. Onun sözlərinə görə, aktyor uzun sürən xəstəlikdən sonra 52 yaşında dünyasını dəyişib. 

Nağəddin Məmmədov tetarda uzun müddət çalışıb. 2006 cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif edilib. Bir çox beynalxalq festivallarda iştirak edib. 

BAKU.WS