Tanınmış azərbaycanlı reper Okaber (Orxan Mustafazadə) "Günəşli" faciəsində həlak olan neftçilər üçün rep yazıb.
 
BAKU.WS məlumat verir ki, reper neftçilər üçün yazdığı "Dəniz intiharı" adlı trekinə klip də çəkdirib. Sözügedən ekran işinin rejissorluğu Fuad İsmayılova həvalə olunub. Klipin videosunu ötən gün Okaber rəsmi Youtube hesabında paylaşıb. Reperin treki sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, Okaber Karabin kimi tanınan Orxan Mustafazadə 1987-ci ildə Azərbaycanın Borçalı mahalında dünyaya gəlib. 2005-ci ildə Odlar Yurdu Universitetinə daxil olub, 2009-cu ildə məzun olub. 
 
Okaber reper kimi ilk peşəkar fəaliyyətə 2005-ci ildə başlayıb. O və MC Bax (Caspian Clan) 2005-ci ildə Rap Out Clan (R.O.C) yaradıb. Okaber R.O.C (Rap Out Clan) ilə 2008-ci, 2009-ci və 2011-ci illərdə 3 ədəd albom buraxıb. 2011-ci ildə R.O.C fəaliyyətini dayandırıb. karyerasını Okaber kimi davam etdirib. 
 
BAKU.WS
 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ