Azərbaycanın şimal bölgəsinə dolu yağır.

BAKU.WS  xəbər verir ki, Xacmaz və Quba rayonlarında güclü leysan və dolu müşahidə olunur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 13 mayda Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalının olduğunu proqnoz vermişdi.

Quba və Xaçmazda yaşayan oxucularımızın saytımıza göndərdiyi görüntüləri təqdim edirik:

Zülfiyyə Qurbanova

BAKU.WS


VİDEO

QALEREYA