VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev 9 May Qələbə Günü münasibəti ilə sosial şəbəkədə təbrik videosu paylaşıb. 

BAKU.WS xəbər verir ki, videoda "ANS Böyük Vətən və Qarabağ müharibəsi qəhrəmanlarını təbrik edir", deyə qeyd edilir.  

Fərqli üslubda hazırlanan təbrik videosunda Vahid Mustafayev və ANS-in nümayəndəsi Sevda Həsənova mahnı ifa edib. 

Televiziya sahəsindəki fəaliyyətini başa vurduqdan sonra müxtəlif sahələrə can atan Mustafayev görünür efir məkanından uzaqlaşa bilmir.

Mahnı ifa edərək özünü bu sahədə də sınamaq qərarına gələn Vahid Mustafayevə şou-biznes sferasında uğurlar arzu edirik. 

Həmin videonu təqdim edirik:
BAKU.WS
VİDEO