VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Bu gün Bakıda Dənizkənarı Milli Parkda ötən ilin dekabr ayının 4-də "Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğın zamanı həlak olanların 40 mərasimi ilə bağlı anım aksiyası keçirilib.
 
BAKU.WS məlumat verir ki, aksiyada gənclər, həlak olanların yaxınları və müxtəlif təşkilatların nümayəndələri iştirak edib. Aksiya iştirakçıları sahilə qərənfillər düzüb, həlak olan, itkin düşən neftçilərin xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Dənizə qərənfillər atılıb.
 
Qeyd edək ki, anım aksiyası gün ərzində davam edəcək.
 
BAKU.WS