SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada yaşayan azərbaycanlı milyarder Vaqif Məmişovin limuzinini yol polisi əməkdaşları saxlayıblar.
 
BAKU.WS fontanka.ru-ya istinadən xəbər verir ki, Sankt-Peterburq polisi “Giriş qadağandır” nişanının tələbini pozan “Rolls-Royce” avtomobilini saxlasalar da, sonradan peşman olublar.

Yazılanlara görə, limuzin “Land Cruiser”in müşayiəti ilə “Giriş qadağandır” nişanının qüvvədə olduğu ərazidən keçib. Korteci üç polis avtomobili mühasirəyə alıb və sürücünün sənədləri alınıb.

Sərnişin isə mühafizəçilərin müşayiəti altında "Four Seasons" otelə gedib. 10 dəqiqədən sonra sənədləri qaytarıblar, avtomobillər ərazidən uzaqlaşıb.

Mühafizəçilərdən biri yol polislərinə yaxınlaşaraq soruşub: “Hər şey yaxşıdır?”. Onlar sadəcə başlarını tərpədiblər.

Məlumata görə, A001AA178 dövlət nişanlı göy rəngli “Rolls-Royce” 30 yaşlı Arzu Vaqif qızı İsmayılovanın adına qeydiyyatdadır. Həmin "Rolls-Royce" bundan əvvəl Azərbaycan diasporasının rəhbərinin qardaşı oğlu 31 yaşlı Nizami Məmişovun adına olub.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO