VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli rayonunun Şəmmədli kəndindəki qəbiristanlıqda xeyli naməlum şəhid məzarları var.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, onlar Qarabağ müharibəsi zamanı döyüşmüş, amma şəhid olarkən üzərlərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığı üçün naməlum əsgər kimi torpağa tapşırılıblar. Ancaq illər sonra bəzilərinin yaxınları ortaya çıxaraq öz şəhidlərini tapıblar. Onlardan biri də 26 il sonra valideyni tərəfindən şəxsiyyəti təsdiqlənən İlqar Nəcəfovdur.

1975-ci il təvəllüdlü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbiristanlığında naməlum şəhid məzarlığı olduğunu öyrəndikdən sonra rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb.

Həsənalı Nəcəfovun oğlunun şəklini axund dəfn zamanı çəkilən şəhidlərin fotoları ilə tutuşdurub və onlardan birinin şəkli ilə uyğun gəldiyini görüb.

Şəhidin atası dövlət qurumlarına müraciət edərək, oğlunun məzarının doğulduğu kəndə köçürülməsi üçün köməklik istəyib. Bir neçə gün əvvəl şəhidin məzarı açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb, Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbiristanında torpağa tapşırılıb.

Belə şəhid məzarlarına Tərtərdə də rast gəlmək mümkündür. Keçmiş döyüşçülər deyirlər ki, burada əvvəllər 100-dən çox məzar olub. Lakin sonralar bir çoxunun sahibləri tapılıb. Hazırda orada 29 naməlum şəhid qəbri qalıb.

Sahibləri tapılmayan naməlum qəbirlərin heç bir nişanəsi yoxdur. Bu məzarların içində 3 rus əsgərinin qəbri də var.
BAKU.WS
VİDEO