SİZİN REKLAM BURADA!
055 213 76 73


"Facebook" sosial şəbəkəsinin saytının və tətbiqetmələrinin dizaynı dəyişdiriləcək.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ötən gün “F8 Developer Konfransı”nda bu sosial medianın tamamilə dəyişmiş yeni interfeysi təqdim edib.

"F8" şirkətinin yeni texnologiyalara həsr olunmuş illik konfransı zamanı sosial şəbəkənin başçısı Mark Zukurberq bildirib ki, hazırda istifadə olunan göy rəng aradan qaldırılacaq və onun əvəzinə daha açıq rəngdən istifadə olunacaq.

“Son 15 ilin ən böyük yeniliyini təqdim edən Facebook yeni görünüşü ilə əvvəlki dizaynından daha müasir və kreativ görünəcək. Yeni Facebook həm mobil, həm də kompyuter versiyasında yeni gecə rejimi (dark mode) funksiyası da olacaq”, - deyə M.Zukurberq bildirib.

M.Zukerberqin sözlərinə görə, fokus əsasən "qruplar" və "stori"lərə ediləcək.

Yenilik tətbiq olunandan sonra bu bölmələr daha nəzərə çarpan olacaq.
BAKU.WS