SİZİN REKLAM BURADA!
055 213 76 73


Epilepsiya xəstəliyindən əziyyət çəkən Nəbiyev Elman Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

BAKU.WS xəbər verir ki, Bakı sakini I qrup əlil Elman Maqamednabiyeviç Nəbiyev prezidentə videomüraciət ünvanlayıb.

Videomüraciətdə Nəbiyev Elman təqaüdünün artırılmasına, əlillərə göstərilən qayğıya görə ölkə başçısına və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

21 yaşlı Elmanın anası Hafizova Hülya Sabirovna bildirib ki, oğlu uşaqlıqdan əlildir:

“Elmanda anadangəlmə epilepsiya xəstəliyi var. O, inkişafdan qalıb, oxuya və yaza bilmir. Elmanın yaşının böyük olmasına baxmayaraq, o hələ də oyuncaqlarla oynayır.

2019-cu ilin aprelinə qədər 155 manat pensiya veriləndə, bizim imkanımız çatmırdı ki, Elman üçün oyuncaq alaq. Bütün pullar onun dərmanlarına xərclənirdi.

Lakin indi, 2019-cu ilin aprelindən ölkə başçısı İlham Əliyevin təqaüdlərin artırılması ilə bağlı verdiyi qərardan sonra Elman 250 manat pensiya alır. Bu məbləğ bizim üçün əhəmiyyətli artımdır.

Bu səbəbdən də, mən Elmanın ilk təqaüdündən onun üçün oyuncaq almışam. Biz gəzəndən və oyuncaq alandan sonra Elman çox xoşbəxt idi. Həmin gün biz evə gələndən sonra Elman xahiş etdi ki, mən çəkiliş edim. Elman şəxsən ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirmək və öz sevincini bölüşmək istədi.

Mən də öz adımdan Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.
BAKU.WS
VİDEO