SİZİN REKLAM BURADA!
055 213 76 73


Milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılacağı yerlə bağlı artıq qərar verilib.

BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondunun yaydığı məlumatda heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılmasının nəzərdə tutulduğu bildirilir.

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib. Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər. Ərizə və eskizlər iyunun 30-dək təqdim edilməlidir. 

Əlavə məlumat üçün telefon: (+99450) 295 02 09

BAKU.WS