VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşsizlik sağlamlıq baxımından insan həyatı üçün təhlükəlidir. Bunu dünya alimləri də öz araşdırmalarında təsdiqləyiblər.

Bəlkə əksəriyyətə qəribə gələr, işsizlik hara, sağlamlıqla bağlı təhlükə hara. Amma bu, belədir. 

Alimlərin araşdırması zamanı bəlli olub ki, işsiz insanda erkən qocalma, insult və infark olma riski daha çoxdur. Əsas səbəb isə psixoloji məqamlarla əlaqədardır. Nədən ki, istəmədən işsiz qalan insan belə durumda baş verənlərlə barışmır, bu halı böyük problem olaraq düşüncəsinə yeridir və beləcə, sarsıntılar yaşamağa başlayır. Bunun nəticəsində sağlamlıqda ciddi şəkildə aşkar və xoroniki olaraq, yuxarıda sadaladığımız fəsadlar başlayır. Nəticə isə anladığınız kimi, əsla xoş olmur. 

Doğrudur, işləməyə alışan, sevən insan üçün işsiz qalmaq heç də yaxşı deyil. Amma unutmaq lazım deyil ki, belə məqamda psixoloji durumu dəyişmək də mümkündür. Əgər düşünsək ki, hər şey bu maddi həyatda müvəqqətidir və çətin vəiyyətlərdən çıxmaq üçün şüurla mükafatlandırılmışıq, o zaman özümüzdə güc toplayıb yaranmış işsizlik problemini həll edə bilərik. Doğrudur, bəlkə də bu, əksəriyyətimizdə yaxın vaxtlarda alınmaz. Amma dərk edəndə ki, insan böyük yaradılışdır və istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir, o zaman təslim olmağa dəyməz. Həyat onsuz da mübarizədir və problemlər onlara təslim olmaq üçün deyil, həll etmək üçün var. Buna görə də insan düşdüyü hər bir çətin anda ilk növbədə sağlamlığını düşünməli, onu istənilən zərərli amillərdən qorumalıdır. Bu lap işsizlik olsun, lakin yenə də tez ya gec çözülə biləcək problemə görə insan nə ruhən, nə də fiziki baxımdan özünə qəsd etməməlidir. Necəki müdriklərdən birinin dediyi kimi, bu müvəqqəti dünyada heç nə ciddiyə alacaq qədər vacib deyil... 

Azər NƏSİBOV
BAKU.WS