VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kristina Rey dodaqlarının ölçüsünə görə sosial şəbəkələr üzərindən dünya şöhrəti taparaq, Ginnesin rekordlar kitabına düşüb. 

BAKU.WS xəbər verir ki, onun haqqında dəfələrlə Daily Mail və Huffington Post kimi dünya KİV-ləri məlumat yazıb. 

Əslində Kristinanın dodaqları anadangəlmə böyük olmayıb. Dodaqlarını böyütdürmək üçün o, 100-ə yaxın müxtəlif plastik əməliyyat keçirib. Buna səbəb isə “Dovşan Roceri kim tələyə saldı” filmindəki Cesika Rebbit obrazına olan sevgisi olub. O, sevdiyi qəhrəmana bənzəmək üçün belə addım atıb.  

Az zamanda populyarlaşan K. Rey populyar olduqdan sonra dodaqlarını böyütdürmək onun ailəsinin dağılmasına səbəb olub. Boşandıqdan sonra onun həyat yoldaşı bildirib ki, Kristinanın görünüşündəki dəyişimi xasiyyətinə də sirayət edib və aqressivləşib. 

Müəyyən müddət sonra Kristina təbii gözəlliyinə dönmək qərarına gəlib. O, bir neçə əməliyyat keçirdikdən sonra, dodaqları normal halını alıb.
BAKU.WS
QALEREYA