Azərbaycanda baş tutan toy məclislərinin birində xoşagəlməz görüntülər qeydə alınıb.

BAKU.WS oxu24.com-a istinadla xəbər verir ki, Azərbaycanın  bölgələrinin  birində  baş tutan toy məclisində müğənni "Şəmkir çay" mahnısı ifa edib. Bu zaman Azərbaycan pulları xəzəl kimi rəqs edən şəxslərin ayaqları altına səpilib. Görüntülərdə xeyli miqdarda pulun olduğu aydın görünür.

Məlumat üçün qeyd edək ki, Azərbaycan  manatı ölkənin atributlarından hesab olunur. Onun cırılması, qəsdən yararsız hala salınması qanunla qadağan edilir.

Toydan həmin videonu təqdim edirik: BAKU.WS
VİDEO