Sosial şəbəkələrin Azərbaycan seqmentində və bəzi saytlarda London küçələrində şütüyən “Lamborghini” markalı bahalı avtomobilin fotoları yayılıb və müzakirələr mövzusu olub.

BAKU.WS “azpolitika.info”ya istinadən xəbər verir ki, fotonun diqqət çəkməsi dövlət nömrə nişanı yerində “EM1N” yazılmasıdır.

Qürbətdə yaşayan həmvətənlərimizin avtomobil nömrəsinin seçimi zamanı öz adlarının və ya əslən mənsub olduqları bölgənin, rayonun adını dövlət nömrə nişanı kimi yazdırmalarının tez-tez şahidi oluruq.

Sosial şəbəkələrdə müzakirə mövzusu olan və Londonda çəkilən fotoda görünən “Lamborghini”nin də hansısa Emin adlı azərbaycanlıya məxsus olduğu diqqəti çəkib.

Çox güman ki, bu bahalı avtomobilin sahibi də bu müzakirələrdən ya məlumatlıdır, ya da müzakirələrin davamında bundan xəbər tutacaq və ortaya çıxaraq “EM1N” nömrəli “Lamborghini”nin ona məxsus olduğunu açıqlayacaq.

ABŞ-da və digər ölkələrdə yaşayan azərbaycanlıların kreativlik nümayiş etdirərək avtomobilləri üçün seçdiyi dövlət nömrə nişanlarını təqdim edirik:

BAKU.WS





TƏCİLİ KREDİT SİFARİŞLƏRİ