Səudiyyə Ərəbistanı Dövlət Neft Şirkəti (ARAMCO) birjadakı səhmlərini açıq satışa çıxaracaq.


BAKU.WS
-in məlumatına görə, şirkət açıq satışda sadə vətəndaşların da iştirak etməsini planlaşdırır. Bununla da, şirkət səhm paylarını sadə vətəndaşlara da satacaq.

Lakin hələlik ARAMCO səhmlərinin neçə faizini sadə xalqa satacağını açıqlamayıb. Bu qərarı iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda da dəstəklədiyini bildirib.


ARAMCO-nun rəsmisi, kralın köməkçisi Məhəmməd bin Salman da açıqlamasında səhmlərin satışının yaxın günlərdə baş tutacağını açıqlayıb: "Bu qərarı kral da dəstəkləyir. Şirkətin sadə vətəndaşlara satılması iqtisadi baxımdan uğur gətirəcək. Şirkətin güclənməsinə səbəb olacaq. Beləliklə bir neçə ilə ARAMCO dünyanın ən güclü şirkəti olacaq”.

Qeyd edək ki, ARAMCO ilk neft quyusunu 1935-ci ildə açıb. Şirkətin 261 milyard barel neft ehtiyyatı olduğu bildirilir. Bu, ABŞ-ən ən böyük neft şirkətinin potensialından 10 dəfə böyükdür. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 254 xarici vətəndaş çalışır.

Ziya Babayev
BAKU.WS