Azərbaycanın 10 milyonuncu sakininin atası Rauf Həsənov açıqlama verib.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, qızın atası bildirib ki, dünyaya gələn körpə cütlüyün ilk övladıdır:

“Çox sevincliyəm. Həyəcandan danışa da bilmirəm. Qızım Azərbaycanın on milyonuncu sakini olub. Bu sevindiricidir. Ölkənin on milyonuncu sakini olan qızım həm də ailəmizin ilk övladıdır”.

Uşağın atası qeyd edib ki, qızına hələ ad qoymayıblar:

“Hazırda işdəyəm. Axşam evdə valideynlərimlə qızımın adını məsləhətləşib qərar verəcəyik. Uşağın da, həyat yoldaşımın da vəziyyəti yaxşıdır”.

Azərbaycanın on milyonuncu sakininin atası polis, anası Nigar Ocaqova isə məktəbdə laborant işləyir.

Qeyd edək ki, on milyonuncu vətəndaş 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün ailəsində dünyaya gəlib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ