SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda küçədən 6 yaşlı kimsəsiz uşaq tapılıb.

BAKU.WS 
xəbər verir ki, 2 aprel tarixində Nəsimi RPİ-nin 19-cu PB-nin əməkdaşları tərəfindən kimsəsiz şəkildə aşkarlanan qızcığaz 3 aprel tarixində Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

Balaca qızın sözlərinə görə, əsl adı Məxmər olmasına baxmayaraq hamı onu Məryəm kimi çağırır.

Azyaşlının diləndirilmə, təhsildən yayındırılma halları da ehtimal olunur.

Hazırda qızın ailəsi axtarılır. Telekanalların bir çoxunda Məryəmin valideyn və yaxınlarının axtarışı ilə bağlı süjetlər göstərilib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Məryəmin yaxınlarının tapılması ilə bağlı sosial şəbəkədə müraciət yayıb. Azyaşlını tanıyanlardan təşkilatın qaynar xəttinə - (055 466 08 06) məlumat vermək xahiş olunur.

Zülfiyyə Qurbanova
BAKU.WS