SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərinin Xətai rayonu ərazisində Xarıbülbül gülü bitib. 

BAKU.WS xəbər verir ki, yalnız Qafqazda bitən bu gülə nadir hallarda rast gəlmək mümkündür. 

Xarıbülbül gülü Bakıda zavodlardan birinin həyətində bitib.

Qeyd edək ki, Xarıbülbül. Azərbaycanın, Qarabağın, Şuşanın rəmzidir. Xarıbülbülün digər adı da var – Qafqaz qaş Səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir.

Bu gülə Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir.

Südabə
BAKU.WS