VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son günlər sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən, heç janrı da bəlli olmayan bir musiqi geniş yayılıb. Bəzi insanlar, xüsusilə də qadınlar bu mahnının sədaları altında rəqs eliyir və açıq aşkar narkomaniya təbliğ olunur. Çox təəssüflər olsun ki, belə videolar internetdə geniş yayılıb və azyaşlılar arasında da populyarlaşıb. Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa daxili işlər nazirinə və baş prokurora rəsmi müraciət edəcəyini bildirib. Millət vəkili bu insanların qanun qarşısında cavab verməli olduqlarını deyib.

BAKU.WS  xəzərxəbər-ə istinadən xəbər verir ki, Vüqar Səda adlı meyxanaçı tərəfindən oxunan və narkomaniyanı təbliğ edən bu mahnıya demək olar ki hər yerdə qulaq asılır.

Xüsusilə də arxa fonda gənc qızların oynayaraq video çəkdiyi bu mahnı sosial şəbəkələrdə sürətlə yayılır. Hətta məktəblilər və azyaşlılar da sözlərində narkomaniya təbliğ edilən belə kliplərə çəkilir.

Sosial şəbəkələrdə yüzmünlərlə izlənmə sayı toplayan, o cümlədən ictimai yerlərdə səsləndirilərək narkomaniyanı təbliğ edən belə musiqilərin geniş yayılması cəmiyyət tərəfindən də birmənalı qarşılanmır.

İlk baxışdan meyxana janrına yaxın olsa da, Yazıçılar birliyinin regional bölməsinin sədri, bədiyyəçi-şair Namiq Məna bunun meyxana ilə heç bir aidiyyatı olmadığını deyir.

Fazil Mustafa bildirir ki, açıq aşkar narkomaniyanı təbliğ edən bu mahnı kimlərinsə sifarişi ilə də ərsəyə gələ bilər. Ona görə də, səbəbkarlar mütləq hüquqi müstəvidə cavab verməldirlər.

BAKU.WS