SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada yaşayan azərbaycanlı qızla erməni oğlanın evliliyi 7 ildir davam edir. 2012-ci ildə ailə quran Leyla və Artyomun iki övladı var - 3 yaşlı Adel və 1 yaşlı Mişel.

BAKU.WS xəbər verir ki, cütlük bu gün böyük qızları Adelin 3 yaşını qeyd edir.

Doğum günündən paylaşılan görüntülər sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

İzləyicilərin bir qismi bu izdivaca etiraz etsələr də, onları dəstəkləyənlər az deyil. Onları söyənlər də var, xoşbəxtlik arzulayanlar da. 

Leyla və Artyoma xoşbəxtlik arzulayanlar arasında hər iki millətin nümayəndəsi vardır.

Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası osetindir.

Aysel
BAKU.WS