Space Tvd-ə Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl, dərdini danış"da inanılmaz anlar qeydə alınıb.

BAKU.WS “unikal.org”a xəbər verir ki, verilişə müraciət edən Sevda xanım ərinin qardaşları və qardaşı arvadlarından çox əzab çəkdiyini bildirib.


O, iddia edib ki, hələ illər əvvəl onu qadın alverinə sürükləmək istəyiblər. Amma Sevda xanımın ailəsinin ayıq-sayıqlığı nəticəsində qarşı tərəf bu əməlindən imtina edib.

İddialara görə qız övladına da eyni əməli törətmək istəyən qayınarvadı sonda polislər tərəfindən iki il icbari iş də alır. Ailənin sözlərinə görə bu gün bu dörd qızın evdə qalmasının səbəbi də məhz illər əvvəl baş verən hadisələrdi.

Qızlar bu həyat hekayəsi ilə barışsalar da indi istəkləri atalarının mülkünə sahib çıxmaqdı. Ailənin sözlərinə görə kəndə gedərkən qarşı tərəf onları narahat edir və yaşamağa imkan verimirlər.

Teleaparıcı adı hallanan Qəbələnin Xırxatalı kəndinə yollanır. Uzun axtarışlardan sonra qarşı tərəfləri danışdıraraq yeni faktları da ortaya çıxarıb.

Olduqca dəhşətli ailə hekayəsini sizə təqdim edirik.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ